Ukrayna şəhərlərinin rəhbərləri karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdi

 

Ukraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib. 

Bu barədə Şəffaflıq.az "Strana.ua"ya istinadən xəbər verir.

İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki, bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb.

Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var.

Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}