Əsas Səhifə > Dünya > Ukrayna şəhərlərinin rəhbərləri karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdi
Ukrayna şəhərlərinin rəhbərləri karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdi6-09-2020, 15:17 |
Ukraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib. Bu barədə Şəffaflıq.az "Strana.ua"ya istinadən xəbər verir. İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki, bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb. Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var. Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub. Geri qayıt |