Fransada məscid yandırılıb

 

Fransanın Nant şəhərində Arrahma məscidi yandırılıb.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum gecə saat 02:00 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən həyata keçirilib.

Hücumda məscidə ziyan dəyib.

Polisdən bildirilib ki, məscidin qapısı önündəki kartonlarla dolu konteyner yandırılıb, onun nəticəsində qapı aşıb, məscidin divarlarına zərər dəyib.

Yanğınsöndürmə xidmətinin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}