İsveçdə azərbaycanlı iş adamına məxsus restoran yandırılıb



İsveçin Göteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb.


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem - Qarabağ” restoranına molotov kokteyli atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu öz açıqlamasında bildirib ki, polis ona yanğından sonra məlumat verib : “Mən əraziyə gəlib çatanda, restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri molotov kokteyli bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, keçmiş batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}