MDB İcraiyyə Komitəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq Azərbaycanın tanınmış lideri, həm də dünya siyasətində parlaq simasınız. Sizin rəyiniz və mövqeyiniz ən mühüm regional problemlərin həllində müəyyənedici rol oynayır.
Sizin yüksək intellektual potensialınız, təfəkkür genişliyiniz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik dəyişən müasir reallıqlar şəraitində optimal həllər tapmağınıza imkan verir.
Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyatının keyfiyyətinin yaxşılaşdırılması Sizin məsul dövlət vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləridir. Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs isə ölkənizin beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır.
Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında tərəfdaş kimi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və doğma Azərbaycanın rifahı naminə işinizdə uğurlar arzulayıram".
Facebook-da paylaş