Şadlıq sarayları cərimələnib

 

Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb

Şəffaflıq.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.
Polis şöbəsinin əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.
Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}