Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.
Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
R.Mirzəyev barəsində Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Şəffaflıq.az
Facebook-da paylaş