SON DƏQİQƏ! Zelenski İlham Əliyevdən kömək istədi
“Bu, bizim üçün prioritetdir. Mən bu problemin həllində göstərdiyiniz köməyə görə minnətdar olardım”, - deyə Ukrayna lideri bildirib. Şəffaflıq.az xəbər verir ki, Zelenski həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın intensivləşdiyini qeyd edib. Ukrayna dövlətinin başçısı 2022-ci ildə Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını xatırladıb və üç dövlətin prezidentinin iştirakı ilə Kiyevdə sammitin keçirilməsini təklif edib.
Facebook-da paylaş