Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
Bakıda 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş