Bakıda daha bir məktəbdə əyani tədris bərpa olunub

Bakının 202 nömrəli tam orta məktəbində əyani dərslər bərpa edilib.
Bu barədə "Report"a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - idarədən bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}