Azərbaycan və Avropa İttifaqı Şurasının liderləri üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı üçtərəfli görüşlə bağlı fikir mübadiləsi aparılıb.
Şəffaflıq.az xəbər veir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
“Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Br üsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}