İsraildən ABŞ-a çağırış: "İrana qarşı sanksiyaları davam etdirin"

İsrail hökuməti ABŞ-ı İrana qarşı sanksiyaları davam etdirməyə çağırıb.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yayir Lapid açıqlama verib.
O, amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığında deyib:
"İranla danışıqlar bərpa olunsa belə, rəsmi Tehrana qarşı sanksiyalar ləğv edilməməlidir. İranın əldə etdiyi pullar terrorizm və raket olaraq bizə geri qayıdacaq", - deyə Y.Lapid əlavə edib.
Xatırladaq ki, İsrail və ABŞ başda olmaqla bir sıra dünya ölkələri İranın nüvə silahı əldə etməsindən ehtiyat edirlər. Bəzi mənbələrə görə, cənub qonşumuz artıq atom silahı əldə etməyə çox yaxınlaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}