Ermənistanda hərbi hissədə silahlı insident olub - 1 hərbçi ölüb, 2-si yaralanıb
Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci ildə anadan olan Senik Arzumanyan ölüb.
Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş