Bu il dünyada 4,4 min nəfərdən çox miqrant ölüb.- RƏSMİ

2021-ci ilin əvvəlindən bugünədək 4,4 min nəfərdən çox miqrant dünyasını dəyişib.
Şəffaflıq.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Qeyd edilir ki, 2014-cü ildən bəri ölənlərin sayı 45,4 mini ötüb.
Məlumata görə, Meksikada ötən həftə yol qəzalarında ölən onlarla miqrant nəzərə alınmaqla, ölənlərin sayı 4 470-i keçib.
2021-ci ildə Avropada 2 720 ölüm qeydə alınıb ki, bu da 2018-ci ildən indiyədək ən yüksək göstəricidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}