Səfir Türkiyənin Ağcabədidə yerləşən hərbi missiyasının qərargahına baş çəkib

 Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədi rayonunda səfərdə olub.
Şəffaflıq.az xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb:
“Səfirliyimizin hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın, daxili məsələlər üzrə müşavir general-mayor Nuri Öztürk, hüquq müşaviri Oral Yurdakul ilə birlikdə Ağcabədiyə səfər etdik. Azərbaycanda fəaliyyət göstərən Missiya Qrup Komandanlığımızın tərkibində olan və Ağcabədidə yerləşən Missiyaya Dəstək Komandanlığını ziyarət etdik. Polkovnik Ahmet Ersendən komandanlığın fəaliyyəti ilə bağlı məlumat aldıq”, - səfir bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}