DİN: "Nənənin nəvəsinin qaçırılması ilə bağlı iddiaları təsdiqini tapmayıb"
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, iddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, bütün təfərrüatları yoxlanılıb: "Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı olan iddialar təsdiqini tapmayıb.
A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. O, heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını heç iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər".
Facebook-da paylaş