Gürcüstanın səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə deyib.
E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.
Qeyd edək ki, E.Tikaradze nazir vəzifəsini 2019-cu ilin iyunundan tutub.
Xəbəri paylaş
Facebook-da paylaş