İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində 105 sakin zərər çəkib. Eyni zamanda 23 nəfər ağır yaralanıb. Hazırda zərərçəkənlərə tibbi yardım göstərilir.
Fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatını davam etdirir. Rəsmi orqanlar 12 nəfərin itkin düşdüyü bildirib.
Xatırladaq ki, Lumajang rayonunda 3 676 metr yüksəklikdə yerləşən vulkan dekabrın 4-də püskürüb. Təbii hadisə ilə əlaqədar təxminən 3 700 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Vulkan püskürməsi zamanı ümumilikdə 3 minə yaxın ev və 24 məktəb binasına ziyan dəyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}