Günün qoroskopu:Ailə və sevdiyiniz insanla bağlı planları reallaşdıra bilərsiniz.

 
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - işdə situasiya asan olmasa da, pozitiv təmayüllər tədricən güclənir. Rəhbərliklə ciddi məsələləri müzakirə etmək, tərəfdaş və ya şəriklə situasiyanı nəzərdən keçirmək gərəkdir. Tələskənliyə yol verməyin, tamahkar olmayın.
 
Maliyyə məsələlərindəki durum yaxşı deyil. Situasiyanı şübhəli anlaşma, razılaşma və ya avantüralar vasitəsilə düzəltməyə çalışmayın. Daha əlverişli şəraiti gözləyin.
Şəxsi münasibətlər sahəsində durum yaxşıdır. Qarşılıqlı anlaşma, təmənnasız dəstək zamanıdır.

Romantik münasibətlər ciddiləşir. Sizi nə məhdudiyyətlər, nə yeni öhdəliklər saxlaya bilməz.
Buğa - özünüzü qoruyun, səhhətinizə fikir verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun.
Mənfi təmayüllərin təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir. Düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan verməyin ki, pullarınıza ağalıq etsinlər.
Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin vəziyyətdən çıxış yolu var.
Əkizlər - işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir. Mənfi təsir altına düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Belə çətin situasiyada düşünülməmiş addımlar yolverilməzdir. Şirin vədlər verən, yaxşı tanımadığınız insana inanmağınıza az qalanda bu sözləri unutmayın.
Müstəqil iş əhəmiyyətli nailiyyətlər vəd edir.
 
Yaradıcı peşə sahibləri istedad və bacarıqlarını tam izhar etməyə imkan verən təklif ala bilərlər.
Ailədəki münasibətlər normallaşır, ümumi problemi həll etmək üçün birləşmə imkanı yaranır.
Uzaqda yaşayan qohumlarla münasibətlərdə çətinliklər var. Qarşılıqlı anlaşma əldə etmək gərəkdir.
Sevdiyiniz insanla fikir ayrılığı var. Problemin ciddi münaqişəyə çevrilməsinə yol verməyin.
Xərçəng - uğurlu, harmonik və irəliləyişlər vəd edən gündür. İşdə əhəmiyyətli uğura nail ola bilərsiniz. Rəqibləri üstələmək, qarşınıza qoyduğunuz məqsədə doğru ciddi addımlar atmaq, önəmli və perspektiv layihədə təkana nail olmaq üçün səbrli, soyuqqanlı olun.
 
Həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. Mövqeyinizi, baxışlarınızı müdafiə edin. Yaxın ətrafınızdakı insanları da öz tərəfinizə çəkin.
Günün ikinci yarısında romantik münasibətlər sürətlə inkişaf edlir. Yüngül macəranı ciddi hisslər əvəzləyir.
Amma unutmayın ki, izafi etibar, sadəlövhlük kimsəyə xeyir verməyib.
Hətta ən romantik situasiyada soyuqqanlı, təmkinli olun.
Şir - qarışıq, narahat, xoşagəlməz sürprizlərsiz keçməyəcəyi bir gündür. Əmlakınızı sərt nəzarətdə saxlayın. Nəqliyyat vasitələri və önəmli saydığınız əşyalara diqqətlə yanaşın. Bahalı təmir tələb edəcək nasazlıq istisna deyil. Gəlir olacaq. Amma məbləğ istədiyiniz qədər deyil.
 
Yaşlı qohumlarınızla münasibətlərdə sərinləşməyə yol verməyin. Köhnə problemlər həllini tələb edir, səhvlər gündəmə gəlir.
Səbrli olun, belə situasiyada yalnız gözləmək qalır. Situasiyanın yaxşılığa doğru dəyişəcəyi vaxta az qalıb.
Əsl uğur onda olacaq.
Qız - çox mürəkkəb, qarışıq və narahat gündür. Peşəkar fəaliyyət müstəvisində situasiya əlverişlidir. Karyera pilləkəni ilə yüksələrək rəqibləriniz üzərində şəksiz qələbəyə nail ola bilərsiniz. Rəhbərlik və ya nüfuzlu şəxslərin dəstəyinə bel bağlamayın. Aktual məsələləri müstəqil həll edin. Maliyyə çətinlikləri əhəmiyyətli ola bilər.
 
Ailəlisinizsə, xərclər daha da artacaq.
Yeni romantik macəra həyatınızdakı yeniliklər barədə ciddi düşünməyə vadar edir. Lakin əvvəllər boynunuza aldığınız öhdəliklər maraqlı ideyaları reallaşdırmağa mane ola bilər.
 
Niyyət və gözləntilərinizin hamısının reallaşmayacağı ilə barışın. Amma sizə maraqlı gəlməyən planları birdəfəlik unutmağa dəyməz.
Tərəzi - yeniliklər və dəyişikliklər zamanıdır. Dünyagörüşünüzü artırın, yaşlı həmkarların və iş yoldaşlarınızın təcrübəsindən yararlanın. Sizi yeni işlər və öhdəliklər gözləyir. Müxtəlif informasiyalardan, əldə edilmiş məlumatlardan yararlanın.
 
Səhvlər istisna deyil. Özünüzə həddən ziyadə əmin olsanız, məsləhətlərə qulaq asmasınız və ənənələri pozsanız, ciddi səhvlərə yol verə bilərsiniz.
İntuisiyanıza, içgüdünüzə güvənin.
 
Maliyyə məsələlərində həddən ziyadə ehtiyatlı olun. Xərcləri azaldın, bahalı səfər və ya əyləncədən imtina edin, bahalı istirahəti unudun. Yoxsa böyük məbləğdə pul itirə bilərsiniz.
Yaşlı qohumlarınız məsləhət və tənqidləri azaltmırlar.
Sevdiyiniz insan sizə ehtiyac duyduğunuz mənəvi dəstəyi verəcəklər.
Əqrəb - yazılmamış qanunları və ənənələri bir zərbə ilə dağıtmağa can atmayın. Dünyanın altını üstünə çevirmək mümkün deyil. Sağlam məntiq və əvvəlcədən hazırlanmış plan əsasında fəaliyyət göstərmək sizə əhəmiyyətli nailiyyətlər vəd edir. İşgüzar danışıqlar, dövlət qurumlarının mənsubları ilə görüşlər, anlaşma və sövdələşmə üçün uğurlu vaxtdır.
 
Alış-veriş üçün düşərli vaxtdır.
Dəvət olunduğunuz tədbirdə aktiv iştirak xoş təəssüratlar vəd edir. Günün emosional fonu çox zəngindir.
Səfər və ya səyahəti təxirə salın. Əks təqdirdə yorulacaq, səhhətinizdə problemlər yarana bilər.
Oxatan - pozitiv təmayüllərin təsiri güclüdür. İşdə əhəmiyyətli uğurlara nail olmaq şansınız var. Bunun üçün öhdəlikləri yerinə yetirməli, habelə həmkarlarla münasibətlərdə müəyyən dəyişikliklər etməlisiniz.
Çətinlikləri sürətlə dəf etmək üçün optimal davranış modelini intuisiyanız sizə bildirəcək.
Maliyyə durumu yaxşıdır.
Xərcləri azaldın, ekstravaqant əşyalar almayın.
Yaxınlarınızla ünsiyyətləriniz üçün əlverişli vaxtdır. Əlaqələr yaradın, mübahisədən sonra barışın.
Günün ikinci yarısında yeni tanışlıqlar asanlıqla yaranacaq. Lakin şübhəli insanlarla ünsiyyətdə ehtiyatlı olun, sayıqlığı əldən verməyin.
Oğlaq - sakit və rəvan gündür. Özünüzlə yaxınlarınızı izafi gərginlikdən qoruya bilərsiniz. İşinizlə bağlı problemləri asanlıqla həll etmək olar. İşgüzar məziyyətləriniz layiqincə qiymətləndiriləcək.
Karyera müstəvisində inkişaf, gəlirlərin artmasına səbəb olacaq təkliflərin alınması istisna deyil.
Məsuliyyət də artır. İndi "yüngültaxta" olmaq, təhlükəli zarafatlar etmək zamanı deyil.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Yaxınlarınızla ünsiyyətdə həssas və səmimi olun, ailə üzvlərinə qayğı göstərin. Gülərüz olun, sərt davranmayın.
Hadisələrin axarına müdaxilə etməyin, olaylara süni təkan verməyin.
Belədə şərtlər ən uğurlu şəkildə olacaq.
Dolça - maliyyə məsələlərinin durumu yaxşı deyil. Belə situasiyada hansı qərarları qəbul etməyin gərəkdiyini düşünün. Qohumlar və sevdiyiniz insanın yardımına bel bağlamaq olar. Dostlar da köməyini əsirgəməyəcəklər. Amma problem budur ki, alınan pullar müşkülü tam həll etmir.
 
Sağlam məntiqlə davranın, zərurət duyulmayan əşyalar almayın, bədxərclik etməyin.
Karyera inkişafı istisna deyil. Uğurlu həllər bədxahlar üzərində qələbəni və nüfuzlu şəxsin rəğbətini təmin edəcək. Dövlət qurumlarının mənsubları ilə təmaslar da problem yaratmayacaq.
Asudə vaxtınızı fayda ilə keçirin. Ev işlərini unutmayın.
Balıqlar - bütün ümidləriniz çin olmayacaq. Lakin taleyinizə düşən sınaqları mətin qarşılayın, sakit davranın. Uğurun şərti budur
Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə gedin. Tələlərə düşməyin, vədlərə şirniklənməyin.
Əməl və sözlərinizdə ciddi olun. Əks təqdirdə rəqibləri üstələyərək bədxahları pərişan edə bilməzsiniz.
Şübhəli şəxslərlə təmaslara girməyin. Yalnız etibar etdiyiniz, inandığınız insanlarla təmasda olun.
Şəxsi münasibətlər baxımından əlverişli gündür. Ailə və sevdiyiniz insanla bağlı planları reallaşdıra bilərsiniz.
Fikir ayrılığı və mübahisələrə son qoyun.
Əks cinsin rəğbətini qazanmağa çalışın.Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}