Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şəffaflıq.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}