Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 200-ü keçib

 Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 385 borcalana 1 968,099 milyon manat kredit verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 235,248 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 201 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}