Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə rayon icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Xudaverdiyev Qalib Firudin oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, əvvəlki müavin Mansur Məmmədov təxminən 2 həftə əvvəl vəzifəsindən azad edilib.
Xəbəri paylaş
Facebook-da paylaş