.Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Şəffaflıq.az xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb.
“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.
Son məlumata əsasən "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.
Qeyd edək ki, qəza cümə axşamı səhər saatlarında baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş