Nazir müavini: "Akademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək"
Şəffaflıq.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (ttk) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.
İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb: "Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".
O əlavə edib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: "Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər".
Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.
Facebook-da paylaş