Tələbələr üçün sevindirici xəbər: onlara faizsiz kredit veriləcək
"Azərbaycanda tələbələrə faizsiz kredit veriləcək".
Musavat.com bildirir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, təhsil kreditlərinin iki istiqamətdə olması haqda düşünülür:
"Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur.
Prezidentin müvafiq sərəncamı 11 500 tələbəyə sosial yardım göstərilib. Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik.
Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən artıq tələbənin təhsil haqqını dövlət ödəyir. Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır.
Lakin tələbələrin təhsil haqlarını ödəyə bilməsi üçün kreditlər verilməsi haqda düşünürük. Bu iki istiqamətdə olacaq. Onlardan biri sosial kreditlərdir ki, həmin kreditlər isə faizsiz olacaq".
Facebook-da paylaş