İran Azərbaycana avtomobil ixracını 4 dəfə artırmaq istəyir
Şəffaflıq.az xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Bakıda keçirilmiş iclasında bildirib.
İranlı nazir əlavə edib ki, ölkəsi “Khodro" şirkəti Azərbaycanda yük maşınları və avtobuslar istehsal etməyə, ölkəsi isə Azərbaycanda istehsal edilən İran avtomobillərinin ixracına dəstək verməyə hazırdır.
O, həmçinin Azərbaycanda daşıma sahəsində problemlərin olduğunu qeyd edib: "Əvvəllər tranzit rahat və normal olduğu halda, son vaxtlar rüsum və daşıma xərcləri məsələsində müəyyən çətinliklərin şahidi oluruq”.
Facebook-da paylaş