Azərbaycanda itkin düşən rəfiqələr tapılıb

 Azərbaycanda gənc qızlar itkin düşüb.
Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 4-də Şəki və Qəbələ rayonları ərazisində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini, 2002-ci il təvəllüdlü V.N (ad, soyadı şərti) və onun rəfiqəsi, Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü H.F evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Daha sonra hər iki şəxsin Bakı şəhərində olduqları müəyyən olunub. Onlar Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özlərinə qarşı hər hansı qanun pozuntusunun baş vermədiyini, öz istəkləri və şəxsi işləri ilə əlaqədar həmin müddət ərzində Bərdə şəhərində olduqlarını bildiriblər.
Araşdırma zamanı V.N və H.F Məhkəmə-Tibbi Ekspertizasından keçməkdən imtina ediblər.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}