Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.
“Report”un xəbərinə görə, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}