İranda daha bir güclü zəlzələ

 İranın cənubundakı Hörmüzqan vilayətinin Fin şəhərində 5 bal gücündə zəlzələ olub.
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanın dərinliyi 13 kilometr təşkil edib. Zəlzələ nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, dünən İranda baş verən ardıcıl zəlzələlər nəticəsində iki nəfər ölmüş, 99 nəfər yaralanmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}