Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında memorandum imzalanıb
Dövlət Komitəsindən verilən məlumata görə, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında, GİZ-in Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsinin yeni mərhələsi başlayır. Memorandum həmin mərhələdə nəzərdə tutulan tədbirlərin icrasını təmin edəcək.
Ümumən, layihəyə 2017-ci ildən start verilib. Ötən müddət ərzində, Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını dəstəkləyən müxtəlif fəaliyyətlər icra edilib. Layihənin yeni mərhələsində də bu sahədə qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görüləcək.
Şəffaflıq.az
Facebook-da paylaş