Ağdam Sənaye Parkında mobilizasiya işləri başa çatıb

"Ağdam Sənaye Parkı Qarabağın dirçəlməsində xüsusi rol oynayacaq. Parkın mobilizasiya işləri artıq yekunlaşdırılıb".
Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
Onun sözlərinə görə, Ağdama ilk su və elektrik xətləri Ağdam Sənaye Parkının hesabına çəkilib: "Orada artıq ilkin tikintiyə başlamaq üçün şərait mövcuddur. Parkda tikinti materiallarının istehsalı, qida məhsullarının emalı və digər sənaye sahələrinin formalaşdırılması mümkündür".
Bundan başqa, E.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunda təməlini qoyduğu "Araz Vadisi İqtisadi Zonası" Bakıdan Türkiyə sərhədinə qədər olan yolun ortasında yerləşir: "Buradan Iğdıra 380, Bakıya isə 370 km məsafə var. Eyni zamanda Cəbrayıldan İrana əlavə yol - körpünün tikilməsi və gömrük məntəqəsinin qurulması planlaşdırılır. Zəngəzur dəhlizinin açılması "Araz Vadisi İqtisadi Zonası"nın əhəmiyyətini daha da artıracaq. Zonaya nəqliyyat, logistika, tikinti şirkətləri böyük maraq göstərir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}