Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub.-FOTO

 Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.
Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.


Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}