Bu il Azərbaycanda 193 min şəxsin əlillik müddəti bitib, 45 mininə yenidən təyin olunub

 "Bu il 193 min insanın 5 illik əlillik müddəti bitir. Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu qanunvericiliklə tənzimlənən məsələdir".
Şəffaflıq.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Bu vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyatı üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər. Artıq 45 min təyinat da olub", - nazir vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}