"41 minə yaxın şəxsə təkrar əlillik təyin edilib" - Nazir
"Bu il 190 minə yaxın 5 illik əlillik müddəti bitən şəxs olub. Bununla bağlı bu il kimsənin əlilliyə görə aldığı müavinət kəsilməyib. Belə bir qərar qəbul edilməyib. Yanlız qanunvericiliklə müəyyən olunmuş 5 illik əlillik müavinəti alan şəxslərin təkrar qiymətləndirilməsi aparılır".
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu günə qədər 40 mindən çox əlilliyi olan şəxsə təkrar əlillik təyin edilib: "Bu da ötən illə müqayisədə iki dəfə artıq deməkdir. Bu proses şəffaf və tam şəkildə icra olunur. Proses iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində qiymətləndirmə aparılır. Bu günə qədər 41 minə yaxın vətəndaşımız əlliklə təyin olunub. Vətən müharibəsi zamanı yaralanmış 2000 mindən artıq qazimizə də əlillik təyin olunub. Bu proses şəffaf şəkildə icra olunmağa davam edir".
Facebook-da paylaş