Azərbaycanda ərzaq təhlükəsizliyi xərcləri 11% artırılır
Azərbaycanda gələn il kənd təsərrüfatı üçün dövlət büdcəsindən 997,3 milyon manat vəsait ayrılacaq.
Şəffaflıq.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 3,3%-i deməkdir, bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 5,8% çoxdur.
Vəsaitin 456 milyon manatı ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək. Bu isə illik müqayisədə 11% çoxdur.
Xəbəri paylaş
Facebook-da paylaş