Koronavirusa görə bağlanan gimnaziyada əyani tədris bərpa edilib
Təhsil Nazirliyinin tabeliyindəki Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında əyani tədris bərpa edilib.
Bu barədə "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
Qeyd edək ki, ötən ay Gimnaziyanın bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. Buna görə də gimnaziyada tədrisin oktyabrın 14-dən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş