AVRO-2020-də futbolçuları təhqir edən azarkeş həbs edilib

 İngiltərəli futbol azarkeşi Conaton Best 10 həftəlik həbs edilib.
Şəffaflıq.az "Sky Sports"a istinadən xəbər verir ki, buna 52 yaşlı fanatın Avropa çempionatının final oyunundan sonra İngiltərə yığmasının bəzi qaradərili oyunçularını irqçi zəmində təhqir etməsi səbəb olub.
O, sosial şəbəkədə futbolçulara qarşı təhqiramiz ifadələr işlədib, daha sonra həmin paylaşım silinib.
Qeyd edək ki, İngiltərə seçməsi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan final oyununun penaltilər seriyasında İtaliyaya uduzub - 2:3. Komandanın heyətində Markus Reşford, Ceydon Sanço və Bukayo Saka penaltindən yararlana bilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}