Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.
Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.
Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.
Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.
Hadisə yerinə xilasedicilər göndərilib.
Xəbəri paylaş
Facebook-da paylaş