Ərdoğan G20 sammitində Azərbaycanın iştirakı ilə əməkdaşlıq formatından danışıb

"Biz dedik ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq addım atmalı və regiona sülh gətirməlidir.
Cənab İlham Əliyev Ermənistanla görüşməyi təklif etdi. Gürcüstanın bu əməkdaşlığa münasibəti mənfidir. Burada belə bir platforma yaradıla bilər. Burada sülh hövzəsi yaradıla bilər. Biz Ermənistanla münasibətlərimizi açıq şəkildə nümayiş etdirəcəyik”.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 liderlərinin samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.
Türkiyə lideri vurğulayıb ki, əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirsə, bölgədə belə əməkdaşlıq platforması yaradıla bilər. Ərdoğanın sözlərinə görə, bu platforma yaradılandan sonra bölgədə qısa zamanda sülh təmin olunacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}