Türkiyə Prezidenti: “Baydenin “F-16”ları almaq istəyimizlə bağlı mövqeyi müsbətdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını görüb.
Şəffaflıq.az NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə lideri bunu bazar günü İtaliyanın paytaxtı Romada keçirilən G20 sammitinin sonunda deyib.
"Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.
Türkiyə rəhbəri bildirib ki, ABŞ Prezidenti ilə görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edilib: “Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Həmin ölkələr Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistandır. Biz 6ı ölkə ilə birgə bu addımı atmağı və bölgədə sülhü təmin etmək istəyirik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb. Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər. Bu platforma yaradılandan sonra bölgədə tez bir zamanda sülh təmin olunacaq”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}