Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları var?
Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, bu zaman vergiödəyicisi olan şəxs ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək səlahiyyətlərinə malikdir.
Həmçinin ekspertiza keçirildikdə, vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq da vergiödəyicisinin hüquqlarına daxildir.
Facebook-da paylaş