Hesablama Palatasının əməkdaşları INTOSAI-ın toplantısında iştirak edib
Bu barədə Şəffaflıq.az Hesablama Palatasına istinadən xəbər verir.
Toplantıda Hindistan, Azərbaycan, Rumıniya, Macarıstan, Çin, Norveç Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak edib.
Toplantıda Hesablama Palatasını Auditor Cəfər Həsənov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva təmsil edib.
Açılış nitqi ilə çıxış edən Hindistanın Baş Auditoru və Nəzarətçisi Giriş Çandra Murmu tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlayıb, Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu, TAI (Şəffaflıq, Hesabatlılıq və Əhatəlilik) audit təşəbbüsünün və AAQ Auditorları üçün Peşəkar Təhsil (PESA-P) pilot layihəsinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıb, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.
Tədbirdə Azərbaycan, Macarıstan və Hindistan AAQ-larının nümayəndələrinin COVID-19-un Uyğunluq Auditi baxımından təsirlərinin auditi mövzusunda təqdimatları dinlənilib və fikir mübadiləsi aparılıb.
INTOSAI-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi COVID-19-un təcili maliyyələşdirilməsinə və Uyğunluq Auditi üzrə Alt-komitə ilə əməkdaşlığa dair TAI Audit Təşəbbüsünün və PESA-P pilot layihəsinin əhəmiyyəti və görülmüş işlər barədə təqdimatla çıxış edib və üzv AAQ-ların mövzu barədə suallarını cavablandırıb.
Hesablama Palatasının auditoru Cəfər Həsənov çıxışında son zamanlar pandemiyanın səbəb olduğu problemlərdən söz açmış, hökumət tərəfindən görülən tədbirlər və alınmış nəticələr, Palata tərəfindən keçirilmiş auditlər barədə qısa məlumat verib və TAI auditinə qoşulmuş HP-ının bu sahədə gördüyü işləri qeyd edib.
Facebook-da paylaş