Rusiyanın Leninqrad vilayəti Azərbaycana ixracını genişləndirir
Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, imzalanmış müqavilələrin dəyəri 25,8 milyon ABŞ dolları təşkil edib. Mərkəzin xidmətlərindən 161 kiçik və orta sahibkarlıq subyekti istifadə edib.
İxrac müqaviləsi Ermənistan, Qazaxıstan, İtaliya, İspaniya, Belarus, Finlandiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Vyetnam, Sinqapur, Estoniya, Özbəkistan, Moldova, Danimarka, İsveçrə, Serbiya və bir sıra ölkələrlə bağlanılıb. Müəssisələr beynəlxalq bazara əsasən taxta-şalban, aqrar-sənaye kompleksləri və kimya sənayesi məhsulları ilə çıxıblar.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5,9 % artaraq 2,053 milyard ABŞ dolları təşkil edib. Rusiyaya ixrac 613 milyon 773 min ABŞ dolları, idxal isə 1 milyard 440 milyon ABŞ dollar təşkil edib.
Facebook-da paylaş