ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir
ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. "Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq", - Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib."Report"
Xəbəri paylaş
Facebook-da paylaş