Əsas Səhifə > Dünya > ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir
ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir30-10-2021, 08:48 |
ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. "Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq", - Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib."Report" Geri qayıt |