SON DƏQIQƏ! DIN əhaliyə müraciət etdi: "Sədərək" və "Binə" ticarət mərkəzləri...
Şəffaflıq.az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir:
"Təkcə "Binə"və "Sədərək" ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir".
Ticarət mərkəzlərində maskasız gəzənlərlə bağlı isə DİN rəsmisi bildirdi ki, monitorinqlər aparılır.
"Bütün hallarda nəzarət profilaktik tədbirləri aidiyyatı dövlət qurumları ilə birgə aparılır ", - deyə Elşad Hacıyev bildirib.
Şəffaflıq.az
Facebook-da paylaş