Elan: Səyyar ASAN xidmət İsmayıllıda

İsmayıllı rayon sakinlərinin nəzərinə! Qəbələ Səyyar ASAN xidmət avtobusu 28.10.2021 - 26.11.2021 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Babək küçəsi 54 (H.Əliyev parkının qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
• Tibb xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notoriat fəaliyyəti
Qeyd:
• Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}