Əsas Səhifə > REGİON / Cəmiyyət > Elan: Səyyar ASAN xidmət İsmayıllıda
Elan: Səyyar ASAN xidmət İsmayıllıda28-10-2021, 09:23 |
![]() Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Babək küçəsi 54 (H.Əliyev parkının qarşısı) Vətəndaşlara göstərilən xidmətlər: • Tibb xidməti • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi • Əmək pensiyalarının təyin edilməsi • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi • Sürücülük vəsiqələrinin dəyişdirilməsi • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı • Notoriat fəaliyyəti Qeyd: • Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Geri qayıt |