Bakıda restorandan 4 min manatlıq oğurluq edilib

 Bakıda restoranda oğurluq olub.
Bu barədə Şəffaflıq.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəsimi rayonu ərazisindəki restoranların birindən 4 060 manat dəyərində noutbuk, 4 ədəd planşet və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}