Maaş, təqaüd və sosial müavinətlərə sərf edilən vəsait ARTIRILIB
İlin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, ötən ilin eyni dövrü üzrə həmin xərc əməliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələyib.
Bildirilib ki, 2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş